Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik etdi

Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik etdi
ÖLKƏ FUTBOLU 13 Aprel 2022 / 10:56 1468
-  A +

Bu gün – aprelin 13-də “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur.

Qol.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurban Qubanovla görüşüb.

AFFA prezidenti təcrübəli mütəxəssisi əlamətdar yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.

Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner