Ömrümdə ilk dəfə stadionda peşəkar komandaların oyununu izləyəndə 14 yaşım vardı. "Neftçi" Sofiya "Lokomotiv"i ilə Bakıda qarşılaşırdı.
Oyunun sonlarında Qurban Qurbanov 100 faizlik epizodda şansı əldən verdi. Yanında dayanan daha təcrübəli Samir Ələkbərov ona üsyan etdi, hətta ağladı ki, niyə ötürmə vermədin qələbəni qaçırdıq...
Həmin matçda Yaşar Vahabzadənin son anlarda az qala mərkəzdən vurduğu fantastik qol ilə 2:1 qələbə qazandıq. Bu futbol tariximizdə ilk abrokubok qələbəsi idi.
Qurban Qurbanovla bağlı ilk xatirəm budu. Qurbanov futbolçu istedadı ilə seçilmirdi, amma çalışqanlığı, iradəsi, döyüşkənliyi, bunun sayəsində həm futbolçu, həm məşqçi kimi yüksəlişi gec-tez idman dərsliklərinə düşəcək.
Rusiyada legioner həyatı yaşayanda Qurban artıq "qan edirdi" və köhnə "Xlebzavodun" yanında onun maşınında müsahibə götürdüm, inanılmaz səmimi və sadə olduğunu indiyəcən xatırlayıram.

Moskvada "Neftçi" - "Pünik"lə "Birlik kuboku" qarşılaşmasında zədə səbəbindən turnirdə iştirak etməsə də, məhz bu prinsipial matça görə Rusiya paytaxtına gəldiyini və orda oyundan sonra oteldə futbolçular arasında ermənilərlə düşən davada iştirakını xatırlayıram.
Azərbaycan futbolunda ona qarşı bugünəcən davam edən haqsızlıq, bu fonda məşqçi kimi ilk qazandığı çempionluqda final fitindən sonra göz yaşını saxlaya bilməməsi...
Kopenhagen zəfərindən sonra göz yaşları...
...Heç vaxt ağlımıza gəlməyən Çempionlar Liqasının qrup mərhələsi...
Şəxsiyyət, mənlik, mənəviyyat, insanlıq, ədalət, düzgünlük, dünyadakı milyonlarla azərbaycanlının baxıb fərəhləndiyi, qürur duyduğu duruş...
Ən ali dəyərlərə sahib olan sadə bir insanın bütün maneələrə, süni əngəllərə baxmayaraq zirvəyə yüksəlişi...
Bu zirvədə sadəliyini, səmimiyyətini, təvazökarlığını qoruması...
...Bəli, bu QURBAN QURNANOVDUR!
Bu canlı əfsanənin 50 yaşı tamam olur.
Onunla dost deyiləm, heç vaxt da yaxın münasibətimiz olmayıb.
Amma dünən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının ölkənin aparıcı dövlət orta təhsil ocağı - Bakı Avropa Liseyində keçirdiyi möhtəşəm tədbirdə yüzlərlə şagirdin, müəllimin sevgi selində boğulan və sonda mənə "Təəssüf ki, bütün uşaqların avtoqraf, foto çəkdirmək arzusunu yerinə yetirə bilmədim" deyib mütəəssir olan Qurban Qurbanova "Siz xalqın və Allahın bu qədər sevgisini qazanmısınızsa bu 50 illik ömürün ən böyük hədiyyəsidir" cavabını verdim.
Bakı Avropa Liseyinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, tək Azərbaycanda deyil, beynəlxalq miqyasda çox böyük nüfuz və uğurlar qazanmış görkəmli pedaqoq Zülfiyyə Veysova Qurban Qurbanova bir unikal insan, uşaqlara, yeniyetmələrə, gənclərə, hamımıza örnək şəxsiyyət kimi rəğbətini ifadə etdi.
Allahın və xalqın sevdiyi, Allahı və xalqını sevən çox-çox dəyərli Qurban hoca, 50 illiyiniz mübarək!
Tanrı sizi Azərbaycana və dünyaya çox görməsin!
Anar Şabanoğlu
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video