“Oyunun ağır keçəcəyini öncədən də bilirdik. Zədəli və əməliyyatdan çıxan futbolçularımız var idi. Onları bu görüşdə riskə atdıq. Şükürlər olsun ki, görüşü sağlam bitirdilər".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 22-ci turunda bu gün "Səbai"lə keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.
O, 0:3 hesablı məğlbuiyyəti belə şərh edib: "Çempionatda bəlkə də ən zəif matçımızı keçirdik. Bu da onunla bağlıdır ki, cəzalı və zədəli oyunçularımız olduğundan optimal heyəti qura bilmədik. Bura qədər gəlmişik, iddiamızdan çəkilmək fikrimiz yoxdur. Əlbəttə, çətindir. Qarşıda 2 kubok və 6 çempionat oyunumuz qalıb. İnanıram ki, komanda əlindən gələnin ən yaxşısını edib sonadək mübarizə aparacaq".
Baxşıyev klubla yeni müqavilə imzalamasından da danışıb: "Müqavilənin uzadılması qərarı, təklifi rəhbərlikdən gəlib. Bunun oyuna təsiri olmadı. Çempionatda zəif komanda yoxdur. Hər komanda istənilən rəqibdən xal almaq gücündədir. Bu matç heyət baxımından sıxıntımız olduğu üçün belə ağır oyun gözləyirdik. Amma inanırdıq ki, ən yaxşısını edə biləcəyik. Komandama inanıram. Bu durumdan çıxa biləcək xarakterdə, gücdədirlər. Bu gün nə hücumda yaxşı idik, nə də müdafiədə. Fərdi olaraq oyunçuları vurğulamazdım, komanda kimi uduzduq. Bu rəqib öz meydanında “Qarabağ”a da qalib gəlib. Ona görə də başımızı aşağı salmaq fikrində deyilik. “Qəbələ” sonadək öz dişlərini göstərəcək. Heyət daha geniş olmalıdır ki, həm çempionat, həm kubokda oynayasan. Kədərlənmək vaxtı deyil. Qarşıdakı oyuna hazırlaşıb daha yaxşısını etməyə çalışacağıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video