"Növbəti dəfə rəqibi təbrik edirəm. Belə təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla oyunda yaratdığımız və yarada biləcəyimiz epizodlarda yararlanmaq çox çətindir".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın 22-ci tur matçından sonra mətbuat konfransında deyib.
Belaruslu mütəxəssis bildirib ki, hücuma çoxlu oyunçu ilə çıxa bilmək mövqe hücumu deməkdir: "Bu isə hazırda istənilən baş məşqçi üçün çox çətindir. Bunun üçün ustalıq səviyyəsi lazımdır, gərək top itirnəyəsən və futbolçularda inam olmalıdır. Lakin vəziyyət elə gətirib ki, belə hücumlar müdafiədən oynamağa məcbur edir. Ola bilər ki, hansısa oyunda müdafiədə səhv buraxmayaq, amma hazırda bu çətindir".
O, Ağdam klubunun kapitanı Maksim Medvedevlə dostluq münasibətlərinin olduğunu söyləyib: "BATE - Qarabağ görüşlərində rastlaşmışıq, yaxşı dost və yaxşı futbolçudur. Qara Qarayevdən isə oyun zamanı ayağında hiss etdiyi ağrıların vəziyyəti soruşdum".
"Qarabağ"ın ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsində çıxış etdiyini xatırladan 41 yaşlı baş məşqçi bunun ustalıqdan irəli gəldiyini və sabitliyi göstərdiyini vurğulayıb: "İndi BATE, "Sumqayıt, və "Qarabağ" arasındakı oyunları müqayisə etmək düzgün olmaz. Amma hər şey ustalığı göstərir".
Baqa meydanda futbol ab-havası olduğunu bildirib: "Oyunun vaxtı da əlverişli idi. Son günlər Sumqayıtdakı isti hava, meydanın ot örtüyünün bitməsi üçün çox yaxşı idi. Bu rəqiblə oyunda belə ab-hava gözlənilən idi. Ona görə də bütün azarkeşlərə təşəkkür edirəm".(report.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video