“Zaqatala”dan AFFA-ya müraciət daxil olmayıb”

“Zaqatala”dan AFFA-ya müraciət daxil olmayıb”
ÖLKƏ FUTBOLU 9 Aprel 2022 / 17:29 1552
-  A +

Növbəti mövsüm Premyer Liqada iştirakla bağlı AFFA-nın Lisenziyalaşdırma Komitəsinə 2 klub müraciət edib.

Qol.az-ın xəbərinə görə, bu haqda jurnalistlərə Şamaxıda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu müraciətlər “Kəpəz” və “Turan Tovuz”dan daxil olub.

Birinci divizionun digər bölgə təmsilçisi “Zaqatala”ya gəlincə, E.Məmmədov bildirib: “Hər klub müstəqildir və müraciət edə bilər. Lakin "Zaqatala" klubu müraciət etməyib”.


Qarabağ FK
Son xəbərlər
topaz banner