“Ona dedim ki, bu durumunla “Neftçi”də oynaya bilmərsən”

“Ona dedim ki, bu durumunla “Neftçi”də oynaya bilmərsən”
ÖLKƏ FUTBOLU 9 Aprel 2022 / 16:53 2700
-  A +

“Neftçi"nin baş məşqçisi Samir Abasov Huqo Basto ilə yollarını ayırmalarının səbəbini açıqlayıb.

Qol.az xəbər verir ki, o, bu gün Premyer Liqanın 22-ci turunda “Şamaxı”ya qalib gəldikləri oyundan (2:1) sonra bu məsələyə də toxunub. S.Abasov keçirdiyi mətbuat konfransında deyib:

“Buradakı durumundan məmnun deyildi. Həmişə oynamaq istəyirdi. Amma onun istəyi yalnız dildə idi. Onu başa salırdım ki, çox çalışmalıdır. Vəziyyəti bir-birimizə izah etdik. Huqoya dedim ki, bu durumla burada oynaya bilməzsən. O da getmək qərarı verdi”. 

Qeyd edək ki, ötən ilin iyulunda  “Neftçi"yə keçən 29 yaşlı portuqaliyalı mərkəz müdafiəçisinin "ağ-qaralar"la 2023-cü ilin yayınadək müqavilə bağlamışdı.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner