Azərbaycan Premyer Liqasında 22-ci turun “Şamaxı” – “Neftçi” (1:2) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Şamaxıda ilk oyunumuz idi. Yaxşı nəticə əldə edib, azarkeşlərimizi sevindirmək istəyirdik. Son çempiona qarşı oynayırdıq. Matçın çətin keçəcəyini bilirdik. Yaxşı qurulmuş komandaya qarşı oynayırdıq. İstədiyimiz futbolu oynamağa çalışdıq. İlk hissədə bu daha çox nəzərə çarpdı, qol da vurduq. Sona qədər öndə pressinq etmək asan deyil. Fasilədən sonra plan dəyişikliyi oldu. Futbolçular sona qədər mübarizə apardılar. "Neftçi"nin usta oyunçuları oyunun taleyini həll etdi. Bu azarkeşlərin qarşısında məğlub olmaq təsiredicidir. Gələcəkdə onları sevindirməyə çalışacağıq.
- Oyuna baxanda elə gəlirdi ki, komanda əvvəldən burda oynasaydı, indi turnir cədvəlində daha yüksək sıralarda idi...
- Çox yaxşı atmosfer var idi. Belə olanda, futbolçulara əlavə motivasiya vermək lazım olmur. Bəlkə də belə dəstək qarşısında oynasaq daha irəli pillələrdə ola bilərik.
- Klub prezidenti Zaur Axundov dedi ki, neçənci dəfədir, komanda hesabda önə keçir, sonra müdafiəyə oturur...
- “Neftçi”nin də müdafiədə daha çox olduğu oyunlar olur. Buna rəqib daha çox məcbur edir. Komanda şəklində hücum edib, müdafiə olunmaq istəyirik. Rəqib məcbur edir ki, geri çəkiləsən. Bəzən hücuma çıxmaq zaman alır. Bu, rəqibin təzyiqindən irəli gəlir.
- Zaur bəy mövsümün sonunda dəyişikliklərin olacağını da dedi. Bu, məşqçilərlə bağlıdır, yoxsa futbolçu heyəti ilə?
- Hazırda heç bir danışıq olmayıb. Komandanın başındayam. Gələcəkdə nə olacağını mən də bilmirəm. Məşqçi, yoxsa futbolçu dəyişikliyi olacağını gözləyirik. İşimi maksimum görməyə çalışıram. (Futbolpress.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video