Krivotsyukun komandasından qələbə

Krivotsyukun komandasından qələbə
ÖLKƏ FUTBOLU 9 Aprel 2022 / 11:34 2063
-  A +

Polşa çempionatında 28-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Poqon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Visla” 28 turdan sonra 42 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner