"Keşlə"nin iki oyunçusuna cəza

"Keşlə"nin iki oyunçusuna cəza
ÖLKƏ FUTBOLU 8 Aprel 2022 / 14:56 1307
-  A +

AFFA İntizam Komitəsinin bugünkü iclasında "Keşlə"nin iki futbolçusunun ağır cəzalandırılmasına qərar verilib.

Qol.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda “Qəbələ” ilə görüşdə müdafiəçi Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. 

Qapıçı Kamal Bayramov isə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner