“Neftçi”nin qapıçısı İvan Brkiç klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, Bakıda ailəsi ilə birlikdə olmaqdan zövq aldığını bildirən xorvatiyalı futbolçu azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini deyib:
- Artıq 2 aydan çoxdur Azərbaycandasan. Təzəlikcə ailəni də Bakıya gətirmisən. Bizim ölkəyə, paytaxta uyğunlaşa bilmisənmi?
- Bakıda olmaq mənim üçün çox xoşdur. Şəhəri və insanları sevirəm. Burada ailəmlə birlikdə olmaqdan zövq alıram.
- “Neftçi”nin heyətində 7 rəsmi matçda meydana çıxmısan və 5 qol buraxmısan. Uyğunlaşma prosesi necə gedir?
- Uyğunlaşmağım bir qədər vaxt apardı. Komanda məni çox yaxşı qəbul etdi. Şübhəsiz ki, indi özümü gəldiyim vaxtdan daha yaxşı hiss edirəm. Bunu daha da yaxşılaşdırmaq üçün çalışıram.
- “Şamaxı” ilə səfər görüşünə hazırlıq necə gedir? 5 oyunluq qələbə seriyasından sonra “Zirə” ilə matçda xal itirdik. Səncə, bu, qarşıdakı oyunumuza təsir etməyəcək ki?
- Yaxşı hazırlaşırıq, hər şey əladır. 3 xal qazanmaq üçün hər şeyi etməliyik. Bu, əlbəttə ki, asan olmayacaq, çünki səfərdə oynayırıq və başqa vəzifəmiz də var. Çox təəssüf ki, “Zirə”ni məğlub edə bilmədik, amma geriyə yox, irəliyə baxmalıyıq.
- Gözəl seyvlərinlə azarkeşlərin rəğbətini qazanmısan. Əbəs yerə deyil ki, rəsmi “Facebook” səhifəmizdə fanatlar tərəfindən “Zirə” ilə matçın ən yaxşısı seçildin. Onlara nə demək istərdin?
- Buna görə onlara “çox sağ olun” deyirəm. Azarkeşlər bizim 12-ci oyunçumuzdur və onların dəstəyi bizim üçün çox şey deməkdir. Fanatları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video