AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan yığmasının qarşıdan gələn Millətlər Liqasındakı çıxışından gözləntilərini bölüşüb.
O, Qol.az saytına açıqlamasında millimizin turnirdə uğur qazanacağına inandığını deyib:
“Biz əgər burda da uğur əldə edə bilməsək, gərək, daha futbol oynamayaq. Bizim hədəflərimiz yüksək olmalıdır ki, böyüyək. Elə buna görə də Canni de Byazi ilə 10 aylıq müqavilə imzalandı. Düşündük ki, o, komandanı yaxşı tanıyır və kollektivlə yola gedə bilir. İcraiyyə Komitəsinin iclasında da bildirmişdik ki, futbolçuların De Byazi ilə münasibəti yaxşıdır. Bu səbəbdən də ona yoluna davam etməsi üçün şans verildi. Komandanın durumunun düzəlməsi isə baş məşqçi və futbolçulardan asılıdır. Biz bu gün sırf Malta və Latviya ilə oyunlara baxıb, Millətlər Liqasında mübarizə aparmaqdan çəkinəcəyiksə, onda nəticələrimiz də zəif olacaq. Biz hər bir şeydən nəticə çıxarıb, yolumuza davam etməliyik. Bütün azarkeşlər, hamı yığmamıza inanır. Ümid edirəm ki, Millətlər Liqasında komandamızı tam fərqli bir şəkildə görəcəyik. Biz həmişə millimizin yanında olmalı, ona inanmalıyıq. Onların uğuru üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında C liqasının 3-cü qrupunda Qazaxıstan, Slovakiya və Belarusla mübarizə aparacaq. Komandamız turnirdə ilk oyununu iyunun 3-ü səfərdə Qazaxıstana qarşı keçirəcək.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video