AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov millimizin baş məşqçisi Canni De Byazinin İtaliya mətbuatına müsahibəsində millimizi qorxaq və xaraktersiz adlandırmasına münasibət bildirib.
O, Qol.az saytına açıqlamasında mütəxəssisi belə fikirlər səsləndirdiyinə görə tənqid edib:
“Canni de Byazi hər dəfə İtaliyaya gedəndə bizi təccübləndirən çıxışlar edir. Düzdür, Azərbaycana qayıdandan sonra bəhanə tapır, oradakı jurnalistləri qınayır. Amma mən bu sözləri ona yaraşdırmıram. De Byazi bilsin ki, il yarım əvvəl 44 günlük müharibədə nə qədər mərd, rəşadətli olduğumuzu göstərdik. Komandamız da heç vaxt heç kimdən çəkinməyib və qorxmayıb. Əgər bu gün millidə o ruh yoxdursa, bunun birinci səbəbkarı Canni de Byazidir. Çünki həmin ruhu o yaratmalıdır. İlk növbədə De Byazi yığmanı komanda şəklində güclü etməlidir. O, Bakıya qayıdandan sonra hər birimiz tərəfindən bu müsahibə ilə bağlı suallar ünvanlanacaq. De Byazi bu sözlərin arxasında dura bilsə, ondan soruşacağıq ki, bu qədər vaxtdır komanda ilə çalışan bir insan yığmaya inanmırsa, bundan sonrakı fəaliyyəti nə dərəcədə düzgün olacaq? Ümumiyyətlə, o, belə olan halda Azərbaycan futboluna və yığmasına necə xeyir verə biləcək? Deyəsən, çox sərt danışdım. Amma inanın ki, tam səmimi fikirlər səsləndirirəm”.
V.Sadıqov bildirib ki, baş məşqçi belə çıxış etməməlidir: “O, ailə kimi böyük bir komandanın üzvüdür. Ailənin digər üzvlərinə qorxaqlığı aşılamaq olmaz! Onları xaraktersiz adlandırmaq olmaz! Bu komandaya ruh yüksəlişi verməklə yola davam etmək lazımdır”.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video