Millimizin iki oyununun stadionu açıqlandı

Millimizin iki oyununun stadionu açıqlandı
ÖLKƏ FUTBOLU 5 Aprel 2022 / 18:29 3115
-  A +

Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Qazaxıstan yığmasının ev oyunlarını keçirəcəyi stadionun adı açıqlanıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunlar paytaxt Nur-Sultandakı "Astana Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, yığmamızın Millətlər Liqasında ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.

UEFA-nın məlumatına görə, millimizin ilk ev oyununun məkanı da bəlli olub. İyunun 10-da Slovakiyaya qarşı Bakıda keçiriləcək görüş "Dalğa Arena"da baş tutacaq. Matç 20:00-da start götürəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner