“Hakimliyin ümumi səviyyəsi göz önündədir. Təəssüf ki, ürəkaçan deyil. Söhbət yalnız səhvlərdən getmir. Futbolda qayda-qanun, intizam tək yarışı keçirən qurumdan, klublardan, meydanda olan məşqçi, futbolçu, hakimlərdən asılı deyil”.
Bu sözləri “Neftçi”nin keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov Qol.az saytına açıqlamasında deyib. Süleymanov Azərbaycan futbolunda yol verilən hakim səhvlərindən danışıb. O, Premyer Liqamızda rəqabətin, təzyiqin azalmasına görə hakimlərdə arxayınlıq və məsuliyyətsizlik yarandığını deyib:
“Ölkədə sabitlikdir, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Bu amil çempionatın keçirilməsində mühüm rol oynayır. Əlavə olaraq elitada cəmi 8 komanda mübarizə aparır. Əvvəlki illərdəki kimi çempionluq uğrunda 5-6 komanda yarışmır, bölgə klubları yox dərəcəsindədir. Matçlar böyük ölçüdə boş tribunalar önündə keçirilir. Komandalar bir-birinə hörmətlə yanaşır, meydanda futbolçuların davranışı demək olar nümunəvidir. Təzyiqlər yox dərəcəsindədir, hakimlər psixoloji olaraq heç bir problem yaşamırlar. Müasir stadionlar, ictimai nəzarət, ideal meydanlar... Qeyd olunanlar idarəçilik adına müsbət təsirini göstərməli, oyunlar kobud hakim səhvləri olmadan başa çatmalıdır. Lakin bunun əksi baş verir. Hakimlər sanki başsız qalıblar. Oyunlarda təzyiqlərin olmaması hakimlərdə keyfiyyəti artırmaq əvəzinə arxayınlıq, cəzasızlıq, məsuliyyətsizlik yaradıb. Təlim-məşq toplanışlarının keçirilməməsi, təcrübəli hakimlərin vaxtından əvvəl yola salınması rəqabəti də aşağı salıb. Komandaların intizamlı davranışı referilərdə anormal bumeranq effekti yaradıb. Hakimlər meydanda aqressivləşib, yeri gəldi-gəlmədi, məşqçilərə, futbolçulara qarşı pedaqoji yanaşmadan uzaq davranışlar edir, münasibətlər göstərirlər. Təbii ki, məşqçilər, futbolçular da öz hərəkətlərini cilovlamalıdırla”.
Süleymanov düşünür ki, növbəti mövsümdən Premyer Liqada komanda sayı artırılarsa, Hakimlər Komitəsi də klubların problem yaşamaması üçün müəyyən işlər görməlidir:
“Gələn mövsümdən çempionatda komanda sayının artması gözlənilir. Bölgə klublarının sayı çoxalmalıdır. İndidən buna hazırlıq görülməlidir. İndiki idarəçilik səviyyəsi qalacaqsa, hətta VAR sistemi tətbiq edilsə belə, qalmaqallar çoxalacaq. Hazırda isə avrokuboklara vəsiqə uğrunda mübarizə son mərhələyə qədəm qoyur. Hakimlər son dövrədə, turlarda, kubok qarşılaşmalarında diqqəti artırmalı, komandalar əziyyət çəkməməli, haqsızlıqla üzləşməməlidirlər. Burada məsuliyyət tam olaraq Hakimlər Komitəsinin üzərinə düşür”.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video