“Əlbəttə, təəssüratlarım yüksək səviyyədədir. Bu uğura imza atdığım üçün çox sevinirəm. Azərbaycan xalqını və doğmalarımı sevindirdiyim üçün şadam. Həm özümə, həm də komanda yoldaşlarıma görə sevinirəm. Heyətimizin 70 faizi gənc güləşçilərdən ibarətdir. Veteranlar öz sözlərini dedilər. Ancaq gənclər də bizdən geri qalmadı. Sevinirəm ki, güləşimiz əmin əllərdədir. Karyeramızı bitirdikdən sonra gənclər yolumuzu layiqincə davam etdirə biləcəklər. Əlbəttə, komandanın heyəti tam oturuşub".
Qol.az xəbər verir ki, bu sözləri Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
"Bilirsiniz ki, qarşıda bizi mötəbər yarışlar gözləyir. Bunlardan da ən önəmlisi komanda yarışı olan Dünya Kubokudur. Bu üzdən bizim üçün heyətin oturuşması lazımdır. Fikrimcə, komanda artıq hazır vəziyyətdədir. Bu nəticələr göstərir ki, cənab Prezidentin səyi nəticəsində federasiyada aparılan islahatlar boşa getməyib. U-23 Avropa çempionatında və bu yarışda sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin qazandığı uğurlar doğru yolda olduğumuzu göstərir. İslahatlar öz sözünü deyir. İdmanda yüksəlişlər olduğu kimi, eniş də olur. Hər şey istədiyin kimi olmur. Nəticə vermişəm, hələ ki, karyeramı davam etdirirəm. Sabah məndən güclü idmançılar olacaqsa, məşqçilik fəaliyyətinə başlayacağam. Rövşən Bayramov və Həsən Əliyev kimi məşqçilərlə birgə millidə gənclərə bilik-bacarığımı çatdıracağam” - deyə o bildirib.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!