"Əfsuslar olsun ki, öz komandam adına maraqlı bir şey deyə bilmərəm. “Zirə” bizdən üstün və yaxşı idi. Biz isə öz növbəmizdə heç nə göstərə bilmədik. Ayrı-ayrılıqda futbolçular da bir şey göstərə bilmədi. Özümüz nəsə etməliyik ki, danışa bilək. Rəşad Sadıqov məndən daha çox danışa bilər. Çünki onun komandası daha yaxşı idi".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
O, futbolçusu Eddi İsrafilovun qırmızı vərəqə epizodu haqda bildirib: "Xalların əldən çıxmasında tək günahkar Eddi deyil. Epizodu xırdalayırıqsa, Eddi bəlkə də məcbur idi qırmızı alsın. Ümumiyyətlə, biz bu gün meydanda yox idik.
Baş məşqçi Azər Əliyevin milli pasport ala bilməməsi haqda da danışıb: "İnanın mənə, bu 2 ayda özüm də tutarlı cavab ala bilməmişəm. Bizə yox, komandamıza təsir edir. Deyilənlərə görə, özü üçün maraqlıdır yerli statusu ilə oynamaq. Ətrafında nələr baş verir, proses nədir, bilmirəm. Nələrin baş verdiyini, yaxşısı budur, klubdan, özündən və AFFA-dan soruşasınız. Onlar da cavab vermirsə, çətindir vəziyyət.
S.Abasov Mirabdulla Abbasovun onlara lazım olmadığı üçün əvəzedici heyətə göndərildiyini bildirib: "Gizlətməyəcəm. Mirabdulla bizə lazım deyil. Ona görə əvəzedici heyətə göndərmişik.
S.Abasov qeyd edib ki, komanda oynamırsa, başda baş məşqçi günahkardır: "Eddi qırmızı aldı deyə xal itirdik demək düz deyil. Bizik günahkar. Bu məsələlərə girməyək. Baş məşqçi mənəm. Çalışıram vəziyyəti anlayım. Keçən il əla gedirdik. Milliyə futbolçular getdilər, gəldilər “Sumqayıt”a 0:2 uduzduq. Bu, baş verir. Maltaya, Latviyaya uduzublar, tənqidlər var idi. Bəlkə də onlar oynamalı deyildi bu gün. Mənim günahım var burada. Bəs yaxşı, digərləri oynasa onların yerini verəcəklər? Bu da sualdır".
Baş məşqçi komandanın kapitanı Emin Mahmudovun oyununda düşüş olduğunu deyib: "Hansı ki, komandaya təsir edir. Bəlkə də keçən ilkinin də təsiri var. İlin oyunçusu olub, diqqət ondadır. Bu günləri “Neftçi”nin yükünü Buqrin və Kane ilə bölüşmür. Bəlkə bunun altından çıxa bilmir. Görünən odur ki, Eminin pis və ya yaxşı oynaması, bizə təsir edir".
"Oruc tutmaq futbolçuların özünə nə dərəcədə təsir edir?" sualını isə Abasov belə cavablandırıb: "Təbii ki, təsir edəcək. Amma bugünkü oyun üçün bəhanə keçərli deyil. Rəqibdə də oruc tutanlar var. Təsir edəcək. Məşqçilər olaraq bu yöndə bacardığımız qədər uşaqlara tapşırmışıq ki, məşqin gedişatında, məşqin əvvəlində azca problemi olan məşqdən çıxa bilər. Bunları demişik. Amma qarşısını ala bilmirik. Ala da bilmərik. Adicə özümüzə də təsir edir. Halsız oluruq".
Andradenin 200-cü oyunu
"Sabah"ın yubiley qolu
Messi karyerasında 178-ci dubluna imza atdı
"Belə xarakter hər komandaya nəsib olmur" - Kaxaber Sxadadze
"Ən vacibi odur ki, biz növbəti mərhələdəyik" - Puxaç
Qətər Finalissima matçından imtina etmək istəmir
"Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz"
"Mançester Siti" Andersonu hədəfə aldı
"Sabah"ın dramatik qələbəsindən - Video
Derbidən sonra sanksiyalarla üzləşdi
Azərbaycan kubokunda sonuncu yarımfinalçılar müəyyənləşdi
"Real" ciddi itkilər var, akademiyadan oyunçular çağrıldı
DÇ-2026: İqlim şəraiti futbol qaydalarını dəyişir
Gimnastlarımız Dünya Kubokunun finalında
Vitinya "Real"a gedir?
Klub ÇL-yə vəsiqə qazansa, maaşı artırılacaq
"İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır"
"Çempionatda ən az legioneri olan klub bizik" - Azər Bağırov
"Şəfa" qalib gəldi, "Bakı Sportinq" uduzdu
"Kubokda da hədəfimiz böyükdür" - Ruslan Abışov
Qəbələdə heyətlər açıqlandı
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq
"PSJ-dən ayrılmaq ağılsızlıq olar"
Mərakeş millisində baş məşqçi dəyişikliyi
Həkimlər Tedeskonun oyuna çıxmasına icazə verməyib
Macarıstan - Azərbaycan oyununun hakimləri məlum oldu
"Flamenqo"da baş məşqçi təyinatı rəsmiləşdi
"Kəpəz" - "Turan Tovuz": Heyətlər
2-ci liqada 6 oyunun hakimləri