"Qəbələ" braziliyalı oyunçu ilə yeni müqavilə imzaladı

"Qəbələ" braziliyalı oyunçu ilə yeni müqavilə imzaladı
ÖLKƏ FUTBOLU 1 Aprel 2022 / 21:54 2718
-  A +

“Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilə müddətini uzadıb. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, 2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato komandanın heyətində keçirdiyi 22 matçda 2 qol vurub. 

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner