"Qarabağ" və "Sumqayıt" cərimələndi

"Qarabağ" və "Sumqayıt" cərimələndi
ÖLKƏ FUTBOLU 1 Aprel 2022 / 13:54 2654
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Qol.az xəbər verir ki, tədbirdə Premyer Liqamızın 20-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

"Sumqayıt"ın 4 futbolçusu "Keşlə" ilə, "Qarabağ"ın eyni sayda oyunçusu isə "Zirə" ilə səfər matçlarında sarı vərəqə ilə cəzalandırıldıqları üçün klubların hər biri 800 manat cərimə olunub.


Qarabağ FK
Son xəbərlər
topaz banner