"Yenidən futbol oynaya biləcəyimi düşünürəm" - Aquero

"Yenidən futbol oynaya biləcəyimi düşünürəm" - Aquero
ÖLKƏ FUTBOLU 31 Mart 2022 / 09:28 2287
-  A +

Argentina millisinin və “Barselona”nın sabiq hücumçusu Serxio Aquero yaxında futbola qayıda bilər. 

Qol.az istinadən xəbər verir ki, o, sport.es-ə açıqlamasında bu barədə danışıb. Aquero deyib: 

“Bu yaxınlarda ağlıma gəldi ki, yenidən futbol oynaya bilərəm. Həkimlər mənə dedilər ki, 5-6 ay məşq etməməliyəm, amma artıq çox istəyirəm. Yenidən məşq edə biləcəyim anı səbirsizliklə gözləyirəm". 
 
Qeyd edək ki, Aquero ötən il oktyabrın 30-da “Barselona”nın heyətində “Alaves”lə matçda (1:1) ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, dekabrın 15-də karyerasını bitirdiyini açıqlayıb. 

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner