“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) 29-cu assembleyasında və üzvü olduğu komitənin Avstriyanın paytaxtı Vyanada keçirilmiş iclasında iştirak edib.
Qol.az xəbər verir ki, o, Ağdam klubunun saytına açıqlamasında toplantıda aparılmış müzakirələr barədə danışıb:

“Tədbirdə qitələrin ali futbol qurumlarının rəhbərləri, FIFA-nın vitse-prezidenti və klub nümayəndələri iştirak edirdi. Toplantıda UEFA-nın prezidenti Aleksandr Çeferin və Avropa Klublar Birliyinin rəhbəri Nasser Əl-Xələfinin çıxışları oldu. UEFA və Klublar Birliyi arasında dərinləşən əlaqələr yaranır. Klub turnirlərinin təşkilində, UEFA prezidentinin də dediyi kimi, Klublar Birliyinin təklifləri əsasında qərarlar verilsin. Bu da çox sevindirici haldır.
ECA-nın ildə iki iclası keçirilir. Bu, 2022-ci ilin ilk toplantısı idi. İkincisi isə sentyabra nəzərdə tutulub. Budəfəki mövzu 2024-2027-ci illəri əhatə edəcək dövrün mövzuları idi. Toplantıda UEFA-nın yeni turniri – Konfrans Liqası barədə müzakirələr oldu. Bu turnir gözlənildiyindən daha effektli alındı. Çünki şübhələr var idi ki, yarış gözləntiləri doğrultmayacaq. Ancaq Konfrans Liqasının göstəriciləri Avropa Liqasından aşağı olmadı. Bu baxımdan sevindirici məqamdır ki, UEFA Avropa Konfrans Liqası özünü doğrultdu və yerini tutdu.
Digər müzakirə olunan məsələ isə 2024-2027-ci illərdə UEFA-nın klub turniri yarışlarının qrup mərhələsinin fərqli sistemdə keçirilməsi oldu. İndiki kimi 4 komandalı qrupların deyil, qarşılaşmaların İsveçrə sistemi ilə təşkil edilməsi müzakirə edildi. Məsələn, bir komanda digər komanda ilə ev-səfər prinsipi ilə oynamayacaq. Bizim kimi ölkələr üçün vacib olan məqam budur ki, turnirlərdə klub sayını artırmaq istəyirlər. Hazırda hər turnirdə 32 komanda mübarizə aparır, bu sayın isə 36-ya yüksəldilməsi müzakirə edilir. Əlbəttə, müzakirələr yeni başlayıb və sual doğuracaq məqamlar çoxdur. Növbəti iclaslarda bu, daha detallı olacaq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video