“AFFA-nın De Byazi ilə müqaviləni artırması özü bir səhv idi. O, əvvəlki seçmə mərhələdə də göstərmişdi ki, həm oyunçu seçimində, həm heyət qurmaqda xeyli səhvləri var. Bunu onunla bəh-bəhlə müqavilə uzadanda da demişdim”.
Bu sözləri Qol.az-a açıqlamasında millimizin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.
Millimizin son iki yoxlama matçında Malta və Latviyaya uduzmasından danışan tanınmış futbol skautu bunu yığmamızın italiyalı baş məşqçisi Canni De Byazinin bacarıqsızlığı ilə əlaqələndirib: “Çox təəssüflər olsun ki, belə bir zəif rəqiblərlə son iki matçda nə bir oyun gördük, nə də nəticə. Ancaq qanqaraldıcı oyun izlədik.
Guya De Byazi əvvəl futbolçularımızı tanımırdı deyə nəticə yox idi. Amma artıq xeyli vaxtdır buradadır. Gərək insanın bacarığı olsun ki, müəyyən vaxtdan sonra ortaya nəsə qoysun, komanda ilə nəyəsə nail olsun. Bu insan nə taktiki gedişi düzgün edir, nə heyəti seçə bilir. Əvvəlki seçmə mərhələlərdə elə bir bərbad iş ortaya qoymuşdu ki, onunla yenidən müqavilə bağlamaq və nəticə gözləmək sadəlövhlükdən, futbolu bilməməkdən başqa bir şey deyil. Son iki oyun mənim üçün təəccüblü gəlmədi. Çünki De Byazinin nəyə qadir olduğunu görmüşdüm.
Təsəvvür edin ki, Latviya ilə dünənki oyunda biz azlıqda qalsaq da, topa sahib olma tərəfimizdə idi. Mən belə zəif Latviya millisi görməmişəm. Onlar 2-3 düzgün ötürmə edə bilmirdilər. Dünənki Latviya millisində futbol adına heç nə görə bilmədim. Biz isə belə bir rəqibə qarşı bərbad oynadıq. Oyunda temp çox aşağı səviyyədə idi. Nə bir normal qol epizodu yaratdıq, nə hücum qura bildik. Doğrudan da çox bərbad oynadıq”.
B.Musayev bu gedişlə millimizin, ümumiyyətlə futbolumuzun gələcəyini görmədiyini bildirib: “Mən millimizin gələcəyində heç nə görmürəm. Dünənki oyun da De Byazinin nəyə qadir olduğunu bir daha göstərdi. Acınacaqlı durum davam edir. Allah betərindən saxlasın. Futbolumuzun heç bir gələcəyi yoxdur. Azərbaycan futbolundakı durum çox bərbad vəziyyətdədir. Bir kəlmə belə deyə bilərəm. Heç bir işıq ucu görünmür. Bunu neçə vaxtdır deyirəm”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video