U-21 millimizin serbiyalı baş məşqçisi Milan Obradoviç Bakıda Belarusa 1:3 hesabı ilə uduzduqları yoxlama oyundan sonra jurnalistlərin suallarını cavablandırıb
- Oyun barədə fikriniz necədir?
- Birinci hissədə müdafiənin oyunundan razı deyiləm. İlk yarıda bir neçə qol epizodu yaratdıq. Konsentrasiya problemindən iki qol buraxdıq. İkinci hissədəki oyundan razıyam. Epizodlar yaradırdıq, topa sahib idik. Yoldaşlıq oyunu idi və vacib olan yeni futbolçuları, bütün oyunçuları yoxlamaq idi. Birinci hissədə oynayan heyət demək olar ki, birlikdə bir dəfə məşq etmişdi. Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm.
- İkinci yarıda meydana çıxan futbolçular nə göstərə bildi?
- Deyə bilmərəm ki, onlardan gözlədiyim hər şeyi görə bildim. Adlarını ayrılıqda çəkmək istəmirəm. Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi. Millidə oynayırsansa, istəkli olmalısan. Hər kəs səhv edə bilər. Amma istək mütləq olmalıdır. Biz özümüzü yox, ölkəmizi təmsil edirik. Bunu qəbul etmirəm.
- Bəzi futbolçular öz klubunda daim oynayır, bəziləri yox. Musa Qurbanlı da daim oynamır. Klublara bu barədə hansısa məsləhətiniz ola bilər?
- Mən də klubda işləmişəm. Əminəm ki, baş məşqçilər kimlər daha çox layiqdir, onları meydana buraxır. Söhbət sırf Musadan getmir, hamıdan gedir. Belə səviyyədə oynayan futbolçuya hər bir məşqçi şans verər. Təbii ki, onlara məsləhət verəsi deyiləm. Hər baş məşqçi layiq olan futbolçunu oynadar. Sadəcə, öz futbolçularıma məsləhət verə bilərəm. Daha çox çalışmalıyıq. Təəssüflər olsun ki, bir dəfə yaxşı oynayırsan, ikinci dəfə belə. Hər yaxşı oyundan sonra futbolçunu fərdi olaraq yuxarıdan aşağı salmaq məcburiyyətindəsən.
- Musa Qurbanlı barədə Canni De Byazi ilə söhbət etmisiniz? Yəni, onu A milliyə təklif etmisiz?
- Hər toplanış qabağı futbolçuları izləyirəm və çox sevinirəm ki, öz klublarında oynayırlar. Bir tərəfdən mən sevinirəm ki, bizə kömək edə biləcəklər. Qarışıq hisslərdir. Bir tərəfdən onlar üçün sevinirəm. Digər tərəfdən də qorxuram ki, A milliyə gedəcəklər və mənim komandamda olmayacaqlar. Təbii ki, A milli komandaya da çağırmalıdılar, getməlidilər. Canni De Byazi ilə yaxşı münasibətim var. Həmişə mənimlə cavan futbolçularla bağlı məsləhətləşir. Hər futbolçu ilə bağlı ürəyimdə nə varsa, ona da mütəmadi olaraq məlumat verirəm. Bu futbolçulardan kimsə bizimlə iyunda da olacaq, hələ bilmirəm. Ona görə bugünkü oyunda yoxlamaq üçün daha çox futbolçuya şans verdim. Çünki qrupda 3 səfər oyunumuz var.
- İlk qolda Səbuhi Abdullazadənin kobud səhvi var idi. Sizcə, o, nəyə görə bu cür kobud səhvə yol verdi? Bəlkə, Premyer Liqada oyun praktikası olmadığına görə.
- Birinci növbədə odur. Məşqçi kimi onun yanında olmalıyam, ona kömək etməliyəm. Karyerada belə hallar olur. Səhvlərin üzərində işləməliyik. Onun daha çox oyun praktikası olacaq ya, yox, özündən asılıdır. Belə olan halda, baş məşqçini də məcbur edəcək ki, ona daha çox şans verilsin. Bundan sonra da daha çox özünəinamı olacaq.
- Əsas milli Malta və Latviyaya məğlub oldu. Sizin komandanız həmin yığmaları məğlub edə bilərdi?
- Heç təsəvvür etmirəm, U-21 yığması ilə digər ölkənin A millisinə qarşı oynamağı. U-21dəki oyunçular üzərlərində hələ daha çox işləməlidilər. Bir oyun uddular, ikinci oyun uduzduq. Yavaş-yavaş onlara şans verməliyik. Birdən-birə olmur. Canni De Byazi milliyə futbolçunu çağırır və o, məsuliyyət daşıyır. Məncə, o, hazırda ən yaxşı olan futbolçularımızı dəvət edib. Mütəmadi olaraq onunla əlaqədəyik. Şəxsi fikrim budur ki, bütün gənc futbolçular U-21-də oynasın. Aydın məsələdir ki, gənc futbolçular yaxşı oynamağa davam etsə, A milliyə dəvət alacaqlar. Normal prosesdir.
- Qısa zamanda iki fərqli rəqiblə oynadınız. Toplanışı nikbin notlarla başa vurursuz, yoxsa bədbin?
- Daha çox topa sahib olacağımız oyunu oynamağımızı istəyərdim. Məhz bu bizə gələcək üçün optimistlik verir. Məsələn, Belarusa qarşı ikinci hissə və Estoniyaya qarşı oynadığımız matç. Digər tərəfdən məni narahat edən məqam budur ki, biz nəyə görə belə rahat qollar buraxırıq? Bu, məni çox narahat edir, elə-belə qollar buraxırıq. Əsas səbəb futbolçularımızda oyun praktikasının az olmasıdır. Sizə Elvin Cəfərquliyevdən yaxşı misal çəkim. O, 3 il bundan qabaq U-21də bizimlə başlamışdı. Təkbətək mübarizələrdə çox yaxşıdır. Görünür ki, o, necə qabağa gedib. Özü də istəklidir, çox yaxşı alınır onda. Elvin Cəfərquliyev sadəcə bir misaldır. Çox istəyərdim ki, A millidə, “Qarabağ”da daha çox oynasın(sportal.az).
MOİK-in qələbəsi - Video
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
Azərbaycan millisi Macarıstanda məşqə çıxdı - Şəkillər
"Səbail"in 4 qollu qələbəsi - Video
UFC yarışı yenidən Bakıya qayıdır
Volkan Demirelin yeni klubu
Ronaldonun zədəsi gözləniləndən ciddidir
Superliqa klubu baş məşqçiyə cəmi 18 gün şans verdi
"Səbail" və MOİK-dən qələbə
“Qarabağ” mənim üçün tramplin ola bilər” - Jeremi Qnali
Azərbayan çempionatlarında ötən ayın ən yaxşıları açıqlandı
"Kəpəz" rəhbərliyində dəyişikliklər
4 komandaya texniki məğlubiyyət verildi
AFFA klubları cərimələdi, futbolçuları cəzalandırdı
"Qarabağ"ın 15 yaşlı futbolçusu Fransa klubuna gedir
Britaniya mediasından iddia - "Qarabağ"lıya təkliflər var
Mövsümdə ilk, tarixdə 35-ci
Andradenin 200-cü oyunu
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti
"Sabah"ın yubiley qolu
"Neftçi" ilə matç 6 xallıq oyundur" - Hayderson Hurtado
"Premyer Liqada qalacağımıza inanıram"
A seriyasında ayın futbolçusu seçildi
Flikin “Barselona”dakı gələcəyi Laportadan asılıdır
Fransa kubokunda yarımfinal cütləri müəyyənləşdi
Messi Trampla görüşdü - Video
"Tottenhem"dən ardıcıl 5-ci məğlubiyyət
“Samsunspor”la “Konyaspor” pley-offa vəsiqə qazandılar
Messi karyerasında 178-ci dubluna imza atdı
"Belə xarakter hər komandaya nəsib olmur" - Kaxaber Sxadadze
"Ən vacibi odur ki, biz növbəti mərhələdəyik" - Puxaç
Qətər Finalissima matçından imtina etmək istəmir
"Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz"
"Mançester Siti" Andersonu hədəfə aldı
"Sabah"ın dramatik qələbəsindən - Video
Derbidən sonra sanksiyalarla üzləşdi
Azərbaycan kubokunda sonuncu yarımfinalçılar müəyyənləşdi
"Real" ciddi itkilər var, akademiyadan oyunçular çağrıldı
DÇ-2026: İqlim şəraiti futbol qaydalarını dəyişir
Gimnastlarımız Dünya Kubokunun finalında
Vitinya "Real"a gedir?
Klub ÇL-yə vəsiqə qazansa, maaşı artırılacaq
"İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır"