İtaliya millisinin üzvü həbs edildi

İtaliya millisinin üzvü həbs edildi
ÖLKƏ FUTBOLU 29 Mart 2022 / 00:32 4034
-  A +

İtaliyanın “Cenoa” klubunun hücumçusu Manolo Portanova həbs edilib.

Qol.az ANSA-ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu gənc qıza cinsi təcavüzdə ittiham olunur.

2021-ci il mayın 30-da Siena şəhərindəki  mənzildə baş verən hadisəyə görə Manolo ilə yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.


Qarabağ FK
Son xəbərlər
topaz banner