Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.
Qol.az xəbər verir ki, qitə birinciliyində ilk öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Maqomedxan Maqomedov (97 kq) AÇ-yə litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbəylə (12:2) start verib. Təmsilçimiz 1/4 finalda Elizbar Odikadzeyə (Gürcüstan), yarımfinalda Zbiqniev Mateuş Baranovskiyə (Polşa) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq.
Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz 1/4 finalda Arman Avaqyana (Ermənistan), yarımfinalda Vladimeri Qamkrelidzeyə (Gürcüstan) qalib gəlib .
Əliabbas Rzazadə (57 kq) Levan Metreveli (İspaniya), Mikyay Salim Naim (Bolqarıstan), Beka Bujiaşviliyə (Gürcüstan) qalib gələrək finala yüksəlib. İdmançımızın finaldakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.
Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Millimizin liderinin bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. 12:2 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. O, qızıl medal uğrunda döyüşdə macarıstanlı İsmail Musukayevlə qarşılaşacaq.
Qeyd edək ki, final görüşləri martın 29-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə