"Gec də olsa hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Bugünkü dəstəklərinə görə sumqayıtlı azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar bizi çox gözəl dəstəklədilər və lazımi enerjini verdilər. Futbolçulara da təşəkkür edirəm. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində bu gün Sumqayıtda “Kapital Bank Arena”da Estoniyaya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Rəqibin oyunları izləyib, analiz etmişdik. Estoniyadan bu oyunu gözləyirdik. Bilirdik ki, uzun ötürmələr, standart vəziyyətlər və başla oyuna üstünlük verir. Səbr etməli, öz fürsətlərimizi gözləməli və qol vurmalı idik. Fasilədə futbolçulara bu istiqamətdə tapşırıqlar vermişdik. Bu cür futbol oynayan komandalarla oyunlarda rəqibin açılması üçün daha tez qol vurmaq vacib idi. Əsası odur ki, çıxışımızda həyəcan yox idi və rəqibin belə oyununa hazır idik" - deyə o bildirib.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video