İki milyon əhalisi olan Makedoniya dördqat dünya, sonuncu Avropa çempionu İtaliyanı səfərdə məğlub edib DÇ-2022-nin “pley-off”un finalına vəsiqə qazandı.
Makedoniya..
Vaxt vardı Azərbaycan klublarına Makedoniya millisinin futbolçularını təklif edəndə ağız büzərdik(bunu ona görə yazıram ki, makedonların hazırkı heyəti səbəb göstərilməsin)
Amma həmin 2 milyonluq ölkə Avropa çempionatının ardından mundialın da artıq bir addımlığındadır.
Demək ki, mümkündür. Hər şey mümkündür. Sadəcə, bunu İSTƏMƏK lazımdır.
Necə? Çox sadə misal: makedonları Avropa çempionatına çıxaran İqor Angelovski hansısa əcnəbi, “ünlü-ütülü” mütəxəssis deyildi. Eləcə də indiki çalışdırıcısı Milevski də U-21-dən gələn A milliyə gələn yerli məşqçidir.
Və nəticə davam edir. Nəticə hardan gəlir: SİSTEMli çalışmaqdan.
Bizdə niyə yoxdur o SİSTEMdən?
Çox sadə. Dövlətin məhz o SİSTEM üçün ayırdığı milyonları “ünlü-ütülü, pafoslu əcnəbilərə yedizdirməklə “bizdə futbol(çu) yoxdur” bəhanəsk arxasında gizlənməklə.
Bizdə futbol(çu) var. Bunu “Qarabağ”, “Neftçi”, “Qəbələ” göstərib.
Cəmi bir dəfə “gizləndiyimiz” pərdənin arxasından çıxmağa məcbur edildik: Qurban Qurbanova şans verdik, onda da…
Angelovski Makedoniya millisinə 2015-də təyinat almışdı, 5 (!) il sonra millini Avropa çempionatına çıxardı. Angelovskinin (eləcə də Milevskinin) nə məşqçi, nə də məşqçi kimi uğurları vardı. Amma futbol başbilənləri istədilər və inandılar. 5 il sonra istək nəticəylə taclandı.
Bizdə necə oldu?
8 dəfə qrup mərhələsinə çıxmaqla SİSTEMİN möcüzəsini göstərən Qurban Qurbanova 6 illik SİSTEM şansı (əslində imitasiya) “verib”, 1 il sonra ilk məğlubiyyətdən sonra da yola saldıq.
Qurban Qurbanov millidə qalsaydı AÇ və DÇ görə bilərdikmi? Sualdı-məchuldur..
Amma makedonların əcnəbilərə verməyə milyonları olmadığı üçün SİSTEMİ seçdilər. Nəticə də göz qabağındadır. Bizimsə pulumuz, futbolçu potensialı, sistemi-stabilliyi bilən mütəxəssisimiz olsa da uğura “vaxt”ımız olmadı.
Nurlan İbrahimov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video