"Neftçi" - "Zirə" oyununun yeri dəyişdirildi

"Neftçi" - "Zirə" oyununun yeri dəyişdirildi
ÖLKƏ FUTBOLU 24 Mart 2022 / 00:10 2705
-  A +

"Neftçi" və "Zirə" arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yeri dəyişdirilib.

Qol.az xəbər verir ki, "Bakcell Arena"da planlaşdırılan renovasiya işlərini əsas gətirən "Neftçi" bu xahişlə PFL-ə müraciət edib.

Stadionda aparılacaq işləri, "Neftçi"nin müraciətini və "Zirə"nin razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Zirə" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Beləliklə, aprelin 2-də "Neftçi" "Zirə"ni qəbul edəcək. 4-cü dövrənin oyununda isə "Neftçi" rəqibi ilə səfərdə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner