"Sabah"ın yeni transferi, bunadək “Vorskla”da (Ukrayna) çıxış etmiş Lukas Rangel Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynanı tərk etməsi barədə açıqlama verib.
Qol.az xəbər verir ki, 27 yaşlı hücumçu “BBC Sport”a danışarkən müharibə başlayan vaxt yaşadıqlarını heç vaxt unutmayacağını deyib:
"Bir səs eşitdim. Bu, əvvəllər heç eşitmədiyim bir qulaqbatırıcı səs idi. Onların hava qüvvələri çox alçaqdan uçurdular. Ona görə də mən həmin an dedim: “Bizə hücum edəcəklər”. Fevralın 24-ü gecə saatlarında digər legionerlər kimi mən də Poltava şəhərinə, Polşa sərhəddinə qaçmaq qərarına gəldim. Bundan əvvəl telefonuma baxdım. Mənə bir mesaj gəlmişdi. Bu, ukraynalı qayınanası Tatyana Suxoparovanı ölkədən çıxarmaq üçün ABŞ-da çarəsiz qalan braziliyalı səyahət bloggeri Anderson Diazın mesajı idi. O, saat 21:00 radələrində öz İnstaqram səhifəsindən mənə yazmışdı: "Mənim şəxsi təyyarəm var, Ukraynadan 14 nəfəri xilas etməyə hazırdır. Bu yerlərdən biri həyat yoldaşımın anası üçündür, ona görə də daha 13 yer var. Getmək istəyən futbolçuları tanıyan varsa, mənə məlumat versin! Sadəcəbir şeyə ehtiyacım var. Kimsə qaynanamı öz şəhərindən maşınla aparsın”.
Yazıda o da qeyd olunub ki, Rangell həmin vaxt bloggerin qaynanası – 52 yaşlı Suxoparovanı da yanında götürüb. Diaz Lukasın təqdirəlayiq davranışını belə xatırlayır:
“Bu yazını yazan kimi çoxlu mesajlar aldım, lakin onların əksəriyyəti qayınanamın yaşadığı Kremençukun yaxınlığında olmayan insanlardan gəldiyi üçün çox da faydalı olmadı. Amma sonra kimsə Mənə Lukası xatırlatdı. Qısaca danışdıq və o, dərhal kömək etməyə razılaşdı. Rangell bu hekayənin əsl qəhrəmanıdır".
Rangell fikirlərinin davamında təhlükələrə baxmayaraq, Diazın qaynanasını xilas etdiyi üçün şad olduğunu bildirib:
“Bu, düzgün qərar idi. Bir saniyə belə şübhə etmədim. Biz “WhatsApp”da söhbət etdik və sona qədər əlaqə saxladıq. Mən ona daim fotoşəkilləri və harda olduğumuz barədə məlumatları göndərirdim”.
Hücumçu bir neçə gün qida və gecələmək üçün yer tapmaqda çətinlik çəkdiklərini deyib: Ukraynanın qərbindəki Lvov şəhərinə 13 saata çatmalı idik. Amma bu vaxt 30 saata qədər uzandı. Ölüm qorxusu bizi tərk etmirdi. İstirahət etmək mümkün deyildi. Maşının yan güzgülərindən baxan vaxt arxada tank görəndə necə dincələ bilərsən? Heç vaxt düşünməzdim ki, həyatımda bunları yaşayacağam. Belə bir "film"in qəhrəmanları tamamilə fərqlidir. Hər şey ağlamağa belə gücün çatmayacaq qədər sürətli olur. Deyəsən, biz qorxu filmi yaşayırdıq və daha da pisi, sanki gözlərimiz bağlı idi. Çünki belə vəziyyətdə bundan sonra nə olacağını heç vaxt bilmirsən. O anda əlimizdən gələn yeganə şey yola davam etmək idi. 25 kilometr yolu - 11 dərəcə hava şəraitində piyada qət etməli idik. Bundan 5 saat sonra Polşa sərhəddinə çatdıq. Lakin dərhal oranı keçə bilmədik. İlk gecədən sonra odunlarımız qurtardı və isinmək üçün ocaq yandıra bilmədik. Bundan başqa, demək olar ki, yeməyimiz də yox idi. Yeməyimi Tatyanaya verməli olurdum, çünki onun məndən daha çox ehtiyacı var idi. Üç gün çətinliklə yatdıq. Özümüzü çox yorğun hiss edirdik. Ona görə də kömək axtarmaq qərarına gəldik. Bir neçə avtobus sürücüsünə müraciət etdik. Nəhayət bizi qəbul edən bir insan tapdıq. Bizdən 1000 dollar istədilər. Düzü, bunun mənim üçün problem yox idi. Ona görə də mən pul ödədim və tapdığımız yerdə gecələdik. Çətin günlər yaşasaq və Ukraynadan məcburi getməli olsaq da, nəhayət hər şey yaxşı başa çatdı".
Qeyd edək ki, Lukas Rangel "Sabah"la bu mövsümün sonunadək müqavilə imzalayıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı