"Üç yaxşı qapıçımız var. Nicat Mehbalıyev "Qəbələ"də yaxşı mövsüm keçirir. Perspektivli qolkiperdir. Digər ikisinin isə təcrübəsi var. Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik. Əlimizdəki oyunçularla strateji və taktiki dəyişikliklər edəcəyik. Əsas məqsədim yaxşı nəticə qazanmaqdır".
Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi yoxlama görüşləri öncəsi keçirdiyi mətbuat konfransında deyib.
O, qələbənin öz-özünə gəlmədiyini bildirib: "Onun üçün mübarizə aparmalıyıq. Bu, çətin situasiyalarda vacibdir. İyunda vacib matçlarımız var. Qısa müddətdə 4 oyun keçirəcəyik. Bunun üçün 30 futbolçu lazımdır. Komandada mütləq birlik vacibdir. Kimin oynamasının, kimin tribunada oturmasının fərqi yoxdur. Hamı başa düşməlidir ki, bu bayraq üçün mübarizə aparırıq. Bunu birlikdə etməliyik".
İtaliyalı mütəxəssis Millətlər Liqası matçlarının mövsüm başa çatdıqdan sonra oynanılmasının çətinlik yaradacağını istisna etməyib: "Rəqiblərimiz də yorğun olacaq, onlar da ağır mövsümdən sonra oynayacaqlar. Yaxşı olardı ki, komandamızda zədəlilər olmasın. Slovakiyanı çıxsaq, balanslı qrupdur. Digər komandalarla başabaş mübarizə apara bilərik. Qısa müddətdə səfərə gedib, ardından evə gələcəyik. Bir rəqibimizin də kimliyini gözləyirik. Moldova və Qazaxıstan arasındakı matçın nəticəsi də maraqlıdır".
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video