Asim Xudiyev Xorvatiya - Avstriya oyununa təyinat aldı

Asim Xudiyev Xorvatiya - Avstriya oyununa təyinat aldı
ÖLKƏ FUTBOLU 22 Mart 2022 / 00:35 1264
-  A +

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner