Millimizin sabiq hücumçusu oğluna görə təhdid olunur

Millimizin sabiq hücumçusu oğluna görə təhdid olunur
ÖLKƏ FUTBOLU 21 Mart 2022 / 15:34 3459
-  A +

Bosniya və Herseqovina və Albaniya ilə yoxlama oyunları üçün Gürcustan millisinə dəvət alan Xviça Kvaratsxeliya Rusiyanın “Rubin” klubunun düşərgəsinə qayıtmaya bilər.

Qol.az xəbər verir ki, bu barədə “Match TV" məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin Rusiyada oynadığı üçün ölkəsində ailəsinin təhdid olunduğu bildilib.

Rusiyanın Ukraynada apardığı müharibəyə görə Gürcüstanda Xviçanın Kazan təmsilçisində oynamasını istəmirlər.

Xatırladaq ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Badri Kvaratsxeliya

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner