"7 oyun idi ki, uğurlu seriyamız var idi. Bu oyuna da böyük ümidlərlə hazırlaşmışdıq. “Neftçi” və “Qarabağ” kimi komandalarla matçlarda daha müdafiəyəmeyilli oynamağa çalışırsan. Amma həmin heyətlə öz oyunumuzu oynamağa çalışdıq. İlk hissəni uğursuz keçirdik. Rəqibə qol vurmaq imkanı verdik. Halbuki uzun müddətdir ki, “Qarabağ” həmin kombinasiyanı yerinə yetirir. Ruhdan düşmürdük".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Penaltidən sonra oyunun nəticəsi bəlli idi. Futbolçular mübarizə aparırdılar. Amma “Qarabağ”la matçda 0:2 hesabı ilə geridəsənsə, ondan sonra oyunu dəyişmək çətin olur. “Qarabağ” elə ondan sonra daha rahat oynamağa başladı. Oyunu çevirmək mümkün deyildi. Nəticədə 0:3 hesabı ilə uduzduq. Uğurlu qrafikə görə komandaya təşəkkür edirəm. Hər oyunda da qalib gəlmək mümkün olmur. Gərək, həmin gün şanslı da olasan . Qış fasiləsindən sonra ən yaxşı “Qarabağ”ı gördük. “Qarabağ” böyük istəklə oynayırdı. İlk dəqiqədən 90-cı dəqiqəyə kimi eyni davam etdilər. Belə olan halda daha ciddi müqavimət göstərməlisən. Təəssüflər olsunki, bunu edə bilmədik" - deyə o bildirib.
R.Sadıqov qapılarına təyin olunan penaltininin dönüş anı hesab edib-etməyəcəyi ilə bağlı söyləyib: “Qarabağ” ora qədər də böyük üstünlüklə oynayırdı. Oyunu dəyişmək çətin idi. Penaltiyə gəldikdə, bu penaltidirsə, “Qəbələ”dəki nə idi? Kadinin qolu ofsayd deyil? Niyə Təmkinin qolu ofsayd idi? Eyni briqada idi də. Hakimlikdən hər turdan sonra danışa bilərik. Amma danışıb, rəqibin uğuruna kölgə salmaq istəmirəm. Üçüncü qol Təmkinin epizodu ilə oxşar idi. Əgər bu penaltidisə, “Qəbələ”dəki 86-cı dəqiqədəki nə idi? Daim bu cür vəziyyətlə üzləşirik".
O, çempionatda neçənci yeri tutmaq şanslarının olduğu ilə bağlı verilən sualı belə cavablandırıb: "Proqnoz vermək çətindir. Bu gün “Qarabağ”la çempionluq mübarizəsi aparmağımız real görünmür. Mövsümün əvvəlindəki hakim səhvləri olmasaydı, xal fərqimiz daha az ola bilərdi. Çempionatda onlarla çempionluq mübarizəsi aparacaq yeganə kollektiv “Neftçi”dir. 2-3-cü yer və ya avrokuboklar üçün mübarizə aparırıq. Çətin oyunlar üst-üstə oldu. Hamı bir-birilə oynayır. Çalışacağıq ki, qarşıdakı oyunlardan maksimum xallarla ayrılaq.
Özüm üçün hədəf avrokuboklara düşməkdir. Hamı bunu istəyir. Kim istəməz ki, çempion olsun? “Qəbələ”nin “Sabah”ın performansını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq da uğur olacaq".
"Zirə"nin baş məşqçisi daha sonra vurğulayıb: "Elə oyun olur ki, 0:2 geridəsən və gedişat göstərir ki, oyunu dəyişə bilərsən. Amma elə oyun da olur ki, 0:4-ə doğru gedirsən və komandanı toparlamaq çətin olur. Qismət Əliyevin qırmızı vərəqə almasını istəmədim. Həm də baş verən insidentə görə əsəbləşdim. Hücumda da nəsə alınmırdı. Hər hansı dəyişiklik edib, gedişatı dəyişmək çətin idi. 0:2-dən sonra oyun bitmiş idi".
R.Sadıqov milli fasilədə hazırlıqla bağlı deyib: "Hələ heyət bilinmir. Cəlal U-21-ə, Volkov Gürcüstan yığmasına gedir. Bir tərəfdən milli üzvlərinin çox olmasını istəyirsən, digər tərəfdən oyunçuların qalıb hazırlaşmasını. Amma yığma da vacibdir. Nə qədər çox futoblçu dəvət alsa, sevinərik".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi