"Futbolçularımı təbrik edirəm, yaxşı oyun göstərdilər. Vacib qələbə qazandıq. Üstünlüyümüz onda idi ki, “Zirə” bir qədər yorğun idi. Son oyunları qara görə iki gün davam etmişdi. Çox yaxşı komandaya qalib gəldik. Hər iki komandaya uğurlar arzulayıram".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Ən narahat olduğum nüanslardan biri komandada arxayınlıq olmasıdır. Bunu aradan qaldırmaq üçün futbolçularla danışırıq. Xal itkisindən yox, futbolçuların inamsızlığına görə narahatam. Bu olanda oyunumuzdan uzaqlaşırıq. Futbolçularım get-gedə daha da peşəkarlaşır. İlboyu komandanı eyni səviyyədə saxlamaq çətindir. Bəzən futbolçular performansını itirir. Bu yöndə onlarla danışırıq. Peşəkarlıqları yaxşılaşırsa, bu hal yaşanmamalıdır. İndi onlardan daha çoxunu tələb edirəm" - deyə o bildirib.
Q.Qurbanov milli komandalarım oyunlarına görə yaranacaq fasilə ilə əlaqədar düşərgədə futbolçunun az qalmasının hazırlığa necə təsir edəcəyi ilə bağlı deyib: "Çempionatın sonuna kimi məni ən çox narahat edən məqamdır. Beş futbolçu ilə qalacağıq, onlar da legionerlərdir. Oyundan-oyuna formamız yaxşılaşmışdı, bu arada futbolçuların millilərə getməsi klub olaraq bizə çox böyük zərbədir. Əlbəttə, bir tərəfdən də onların yığmaya gedişinə sevinirik. İnşallah, zədələr olmaz. Başqa tələblər altında məşq etmələri onları burdakı idman formalarından uzaqlaşdırır. Buna görə narahatam. Məşq prosesini necə aparacağımızın yolunu tapacağıq. Amma keyfiyyət itirəcəyik. Bunu yoluna qoymaq üçün çalışacağıq".
Mütəxəsssis hücumçu Rüstəm Əhmədzadənin az oynamasına da toxunub: "Onda bir az problemlər oldu. Biz hazırlığa başlayanda koronavirusa yoluxdu və xəstəliyi ağır keçirdi. Bu gün onun idman formasından razı deyiləm. Özünə gəlməyə başlayanda zədələndi və bir həftə məşq edə bilmədi. Böyük potensialı var, sadəcə, yaxşı məşq proqramı lazımdır. Ukraynada olan olaylar da ona təsir edib və bu səbəbdən çox pis olmuşdu. Hazırda özünə gəlməyə başlayır. Uyğunlaşması üçün vaxt lazımdır. Daha yaxşı olması üçün çalışacağıq. Mən özüm də onunla danışdım. Ailəsinin bir hissəsi rahat yerdə idi, digərləri Kiyevdə qalırdı. Müəyyən müddət sonra hər şey qaydasına düşdü. Onları bura gətirmək problem idi. Belə halların yaşanması heç kim üçün xoş deyil. Futbolçunu nə qədər motivasiya etsək də, fikri ordadır. Ümid edirəm ki, müharibə tez bir zamanda bitər".
"Qarabağ"ın baş məşqçisi futbolçu bolluğunun onlara çətinlik yaradıb-yaratmayacağı ilə bağlı söyləyib: "Təki məşqçi kimi problemim bu olsun. Məşq prosesi oyundan daha vacibdir. Orada istədiyim tələbləri yerinə yetirmirlərsə, oyunda düşündüklərimi edə bilmərəm. Futbolçularımın hazır olması məşq keyfiyyətini yaxşılaşdırır və oyunçuların ustalığını artırır. Bütün futbolçulara oynamaq imkanı yaradırıq. Onların sağlam olması digər oyunçuların səviyyəsini qaldırmağa kömək edir".
Q.Qurbanov bütün komandaların onlar üçün rəqib olduğunu söyləyib: "Bu gün 3:0 qalib gəlsək də, meydanda mübarizə, sürət var idi. “Sabah”la qarşılaşma da çətin keçmişdi. Bir azərbaycanlı olaraq hər bir komandanın yaxşı səviyyəyə gəlməsinə sevinirəm. Son zamanlar 5-6 komandada məşqçilərin öz düşüncəsi görünür. Bunlara sevinirəm. Məqsədimiz bütün rəqiblərə qarşı ən yaxşı səviyyədə hazır olmaqdır. Daha çox özümüzü düşünürük, nəinki rəqibləri".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi