“Komandamızda ab-hava yaxşıdır. Bunda baş məşqçimiz Aftandil Hacıyevin böyük rolu var. Qoymadı komanda dağılsın”.
Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in futbolçusu Əfran İsmayılov komandanın hazırkı durumu haqda danışarkən deyib.
Təcrübəli yarımmüdafiəçi xeyli müddətdir maliyyə sarıdan çətinlik çəkən “Səbail”in dağılmamasında baş məşqçi Aftandil Hacıyevin böyük əməyinin olduğunu bildirib: “İnanın ki, başqa məşqçi olsaydı, başını götürüb qaçardı. Çox acınacaqlı vəziyyətdə idik. Bunu danışmağa dəyməz. Sizə kiçik bir misal çəkim. Maaşı lap az olan futbolçuları bir-bir evlərindən yığıb öz maşınımla aparırdım ki, yol pulları az çıxsın. Çünki komanda yol pulu tapmaqda da çətinlik çəkirdi. Aftandil müəllim də futbolçulara öz cibindən kömək edir. Şükür ki, hər şey arxada qaldı. Getdikdə daha yaxşı “Səbail” görəcəksiniz”.

Aftandil Hacıyev
Millimizin sabiq üzvü Aftandil Hacıyevin komandanı necə motavisya etməyindən də danışıb. Qeyd edib ki, bir çox futbolçu məhz baş məşqçiyə görə komandada qalıb: “Əsas odur ki, yalan danışmır, demir ki, maaş bu gün olacaq, sabah olacaq. Deyir vəziyyət belədir, istədiyiniz qərarı verə bilərsiniz, mən də sizin kimi qalmışam belə. Həmişə də düzünü danışır. Futbolçular da hamısı onun xətrini çox istəyir deyə komandada qalır, çox şeyə göz yumuruq. Aftandil Hacıyev həmişə bizə deyir ki, kimin hansısa klubdan yaxşı təklifi varsa, gedə bilər. Yəni belə dürüst adamdır. Onun sayəsində komanda pərən-pərən düşmədi, səmimiyyət yarandı. Buna görə də heç kimi məşqçini tək qoyub getmək istəmir. Ona görə hamımız bir yerdəyik”.
Qeyd edək ki, “Səbail” xeyli müddətdir ki, maliyyə sarıdan əziyyət çəkir, komanda təlim-məşq toplanışlarını ölkə xaricində keçirə bilmir. Paytaxt təmsilçisi hazırda Premyer Liqada 19 turdan sonra cəmi 11 xalla sonuncu – 8-ci pillədədir.
Ramiq Ağaməmmədov, Qol.az
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi