AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
ÖLKƏ FUTBOLU 16 Mart 2022 / 17:56 1141
-  A +

AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, martın 17-də təşkil olunacaq tədbir saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və turnirlə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsinin həvalə olunmasının müzakirəsi, Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibinin təsdiq olunması və AFFA-dan təqaüd alan futbol veteranlarının siyahısına əlavələr olunması kimi məsələlər daxil edilib.

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner