“UEFA-dan qadın komandaları olmayan klubların Çempionlar Liqasına buraxılmayacağı barədə “Qarabağ”a heç bir rəsmi məlumat gəlməyib”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov 2023/24 mövsümündən etibarən qadın komandası olmayan klubların ÇL-də iştirak edə bilməyəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. O, hələlik Ağdam təmsilçisinə məsələyə görə məlumat verilmədiyini vurğulayıb:
“UEFA nəyəsə qərar verirsə, bu, müzakirə olunmur. Yəni, UEFA bayrağı altında olan bütün ölkələr, komandalar qurumun şərtlərinə əməl etməlidir. Bir qayda qoyulursa, bu, artıq müzakirə olunmur. Lakin qeyd etdiyim kimi, “Qarabağ”a rəsmi və ya digər şəkildə məlumat verilməyib”.
Qeyd edək ki, ötən gün Türkiyənin "Adana İdmanyurduspor" qadın futbol klubunun prezidenti Metin Taylancı sözügedən mövzuda yerli mətbuata açıqlama verib. O, 2023/2024 mövsümündən etibarən UEFA-nın qadın komandası olmayan klubları Çempionlar Liqasına buraxmayacağını bildirib. Taylancı bunu da vurğulayıb ki, artıq Avropa futbol qurumu bu istiqamətdə işlərə start verib.
Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında ən çox təmsil edən klublardan olan “Qarabağ”ın qadınlardan ibarət komandası yoxdur.
Nur ZEYNALOVA
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi