“Qarabağ”dan futbolçusunun durumu ilə bağlı açıqlama

“Qarabağ”dan futbolçusunun durumu ilə bağlı açıqlama
ÖLKƏ FUTBOLU 14 Mart 2022 / 18:50 2908
-  A +

"Qarabağ"ın Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sabah”la matçın  26-cı dəqiqəsində zədələnən futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün aparılmış MRT müayinəsindən sonra Toralın əzələ toxumalarında xəsarət aşkarlanıb. Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib.

Həkimlər Toral Bayramovu Premyer Liqanın 20-ci turunda keçiriləcək "Zirə" ilə oyuna hazır etməyə çalışacaqlar.

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner