"Rəqib komandanın heyətində kifayət qədər yaxşı futbolçular var. Özlərini yaxşı göstərdilər. Hər kəs bacardığı oyunu göstərdi. Lakin belə komandalarla oyunlarda da qələbə qazanmaq lazımdır. Amma bizə nəsib olmadı".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.
"Biz indi özümüzə rəqib seçə bilmərik. Çünki o vəziyyətdə deyilik. Hər oyuna son matç kimi çıxırıq. Xal qazanmaq lazımdır. İstəyir rəqib "Neftçi" olsun və ya başqası. Ona görə də belədir" - deyə belaruslu mütəxəssis əlavə edib.
- Bura gələndən rəqibləri qələbə münasibətilə təbrik edirsiniz. Sizcə, biz sizi nə vaxt təbrik edəcəyik?
- Düşünürəm ki, bu məqam da gələcək. İndi biz peşəkarlığımızı qorumalıyıq. İstər meydanda, istərsə də paltardəyişmə otağında maksimum peşəkar olmalıyıq. Qələbənin resepti də budur. Biz ancaq bu şəkildə qələbə qazana bilərik. İnanıram ki, sizin də məni qələbə münasibətilə təbrik edəcəyiniz oyun olacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi