"Kişisənsə, özünə inamın varsa..." - Murad Musayev

"Kişisənsə, özünə inamın varsa..." - Murad Musayev
ÖLKƏ FUTBOLU 12 Mart 2022 / 22:14 4738
-  A +

“Qarabağ” layiqli qələbə qazandı. Onların güclü tərəflərinə qarşı istədiyimiz arqumentləri qoya bilmədik. İlk hissənin ortalarınadək bərabər oyun getdi. Rəqib qapısı qarşısında yaxşı fürsətlərimiz oldu. Lakin qol buraxdıqdan sonra kəskin və aqressiv deyildik. Sonda bu, bizə bərabərlik qolu vurmaq üçün yetərli olmadı. Fərqlənə bilməməyimizdə də bu amil çatmadı”.

Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
O, "Sabah"ın Ağdam klubunun futbolçularının adından çəkindiklərini etiraf edib: "Oyunun gedişatı elə idi ki, daha aqressiv çıxış edə bilərdik. Hətta müsbət nəticə də əldə etməyimiz mümkün idi. 0:5 hesabı ilə uduzmaq da olar. Sadəcə, mental cəhətdən hazırlıqlı deyildik. Daha aqressiv, daha cəsarətli oynamalı idik. Bu da məşqçilərin işidir. Mən məsuliyyəti üzərimdən atmıram”.
 
Musayev bildirib ki, real qol vəziyyəti yarada bilməmələrinin birinci səbəbi rəqibin gücündədir: "Digər tərəfdən, bəzi epizodlarda düzgün oynamadıq və rəqibə hədsiz hörmətlə yanaşdıq. Həm də hazırda optimal heyətimiz yoxdur. Xuan Kamara 3 oyundan, Kristian Sebalyos isə 4 aydan sonra meydana çıxdı. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi bizi çətin vəziyyətə saldı. Limitə görə, mərkəz müdafiəçimiz yox idi. Ona görə iki əvəzləmə etməli olduq ki, limit pozulmadıq. Bu məqam olmasaydı, hücumu gücləndirmək üçün meydana daha bir futbolçu da buraxa bilərdik".

O, son oyunlarda qış fasiləsindən əvvəlki kimi çıxış edə bilmədiklərini vurğulayıb: "Bunun nəticəsində Mikels də həmin oyunu göstərmir. Rəqiblər də onu daha yaxşı öyrənib. Amma əminəm ki, oyunumuzu yaxşılaşdırandan sonra onu daha yaxşı görəcəksiniz".
 
Baş məşqçi deyib ki, "Sabah"ın hazırkı durumunda futbolçuları motivasiya etməyə ehtiyac yoxdur: "Motivasiya ilə bağlı sual qəribədir. Motivasiyan yoxdursa, futbolu qurtar, get, başqa sahədə çalış. Hər bir futbolçu ilə danışsan, deyəcək ki, inkişaf etmək, xaricə getmək, millidə oynamaq istəyirəm. Lakin bunun üçün hər gün məşqlərdə və oyunlarda çalışmalısan. Kimdəsə motivasiya yoxdursa, ümumiyyətlə, bura gəlməsin. Bu mövsüm ola bilsin, nəyisə etmək bir az çətin olacaq. Amma mövsümün qalan hissəsi göstərəcək ki, kiminlə davam edə bilərik, kiminlə yollarımızı ayıracağıq. Hər bir idmançıda motivasiya daxilində olmalıdır. İdmançısansa, kişisənsə və özünə inamın varsa, hətta məşqlərdə, ikitərəfli oyunlarda belə, udmağı düşünməlisən. Təkcə futbolda deyil, hətta nərddə də, kartda da”.
 
Baş məşqçi Rusiya - Ukrayna müharibəsi ilə hər iki ölkədə azad agent statusu verilmiş futbolçuların komandaya cəlb olunma variantına da toxunub: "Rusiyadan çətin ki, oyunçu gətirmək mümkün olsun. Çünki onların müqavilələri yüksəkdir. Buna görə də maliyyə cəhətdən çox çətindir. Bəzilərinə müraciət etmişdik. Hazırda onları gətirmək mümkün deyil. Amma dayanmayacaq, bu istiqamətdə işimizi davam etdirəcəyik. Ukraynadan da oyunçu gətirmək olar. Bu istiqamətdə çalışırıq".

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner