"Komandamı təbrik edirəm. Həqiqətən də çox yaxşı komandaya qarşı oyunda 3 xal qazandıq. Meydanda intizamlı iki komanda var idi. Oyunu yaxşı təhlil edən komandalar var idi. Qolu kim vursaydı, oyunun nəticəsi də onun xeyrinə olacaqdı. Futbolçularımdan çox razı qaldım. Oyunu sonadək əldə saxlamağı bacardılar. Meydanda iki dinamik komanda gördüm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 imkanımız oldu. Sadəcə, son zərbələrədək çatmadı. Rəqib komandanın oyunçuları çox yaxın oynayırdılar. Həm də futbol elə səviyyəyə gəlib çatıb ki, standart vəziyyət və ya bir epizod matçın taleyini həll edir. Futbolçuların intizamlı və istəkli olmaları çox önəmlidir. Qol epizodları bəzi oyunlarda az, bəzilərində çox ola bilər” - deyə o bildirib.
Q.Qurbanov Filip Ozobiçin fiziki baxımdan çatdırmadığına dair fikrə belə münasibət bildirib: "O, ən çox qaçan oyunçulardandır. Ola bilsin, bəzi epizodlarda zonasını tez ala bilmirdi. Ozobiçidən daha çox əks-hücumlarda yararlanırıq. Bəzi epizodlarda düşündüyümüz kimi alınmaması kommunikasiyalardan asılı oldu. Çox intizamlı komandaya qarşıı oynadığımız üçün ola bilsin, belə alındı".
Mütəxəssis rotasiyalar etdiyi üçün bu dəfə Abbas Hüseynova yox, Marko Veşoviçə şans verdiyini söyləyib: “Abbas ötən iki turda çıxış etmişdi. Bu dəfə meydana çıxmaması xüsusi bir səbəblə əlaqədar deyildi. Ola bilər, növbəti turda meydana çıxsın”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi