“Bizdə idman prinsipi yoxdur. Əslində biz istəyirdik ki, çempionatda 12 komanda olsun. Çünki 12 komandalı sistem yaxşıdır. Amma hazırda hər şey maliyyədən asılıdır. Ona görə 10 komanda olacağına qərar verildi”.
Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. AFFA Məşqçilər Komitəsinin üzvü olan A.Mircavadov bildirib ki, onlar Premyer Liqanın əvəzedici heyətlərinin birinci divizionda yox, ayrıca öz çempionatlarında oynamasını istəyiblər:
“Istəyirdik ki, 10 komandadan ibarət yarış keçirilsin. Divizionda isə bölgə təmsilçiləri olsun. Bunu etməyə də bölgələrdə infrastrukturun olmaması imkan vermədi. Bütün bölgələrdəki stadionların əsaslı təmirə ehtiyacı var. Bütün bunlara baxmayaraq, komanda sayı mütləq artırılmalıdır. Təsəvvür edin ki, U-21 millimizin oyunçusu özünə komanda tapa bilmir və futbolu atır. Bizdə belə hallar var. Bunların baş verməməsi üçün Premyer Liqa ilə birinci divizionu ayırmaq istədik. Bunun üçün isə sponsorlar olmalıdır. Sponsor yoxdur. Klublara AFFA kömək edir. Heç bir ölkədə belə şey yoxdur”.
A.Mircavadov bildirib ki, 12 komandanın olması ilə bağlı təkliflərini veriblər: “Düzdür, bəzi hissələrlə rəhbərlik razılaşmayıb. Çünki hər şey maliyyə məsələsinə gəlib çıxır. Amma hazırda bəzi işlər də var ki, onun üzərində işləyirik ki, rəhbərliyə təqdim edək. İstənilən halda Premyer Liqada 10 komandanın olması çox müsbət hal olar. Birinci divizionda isə idman prinsipi olmaldır. Bunların hamısı isə sponsordan asılıdır”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi