“Həqiqətən də gözləyirdim ki, komandam üçün qol vuracağım gün gələcək. Buna görə çox xoşbəxtəm. Çox şirin və unudulmaz an idi”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlamasında deyib.
Premyer Liqanın 18-ci turunda “Qəbələ” ilə qarşılaşmada (5:1) fərqlənən kolumbiyalı futbolçu Ağdam komandasında ilk rəsmi qolunu vurub. Müdafiəçi bu haqda bildirib: “Həqiqətən də gözləyirdim ki, komandam üçün qol vuracağım gün gələcək. Buna görə çox xoşbəxtəm. Çox şirin və unudulmaz an idi. Hər dəfə standart vəziyyətlərdə irəli gedəndə düşüncəmdə qol vurmaq və komandama xeyir vermək olub. Ancaq qol vurmağım alınmırdı. Tanrı “Qarabağ”da ilk qol vurmağımı həmin günə nəsib etdi. Qarşılaşmada qapımıza mənim müdaxiləmdən sonra penalti təyin edilmişdi. Bu səbəbdən komandamız mənə görə qol buraxdı. Daha sonra isə Tanrı mənə qol vurmaq fürsəti yaratdı.

Qol vurduqdan sonra ikiqat sevinc yaşadım. Bu mövsüm bir qolla kifayətlənmək istəmirəm. Ən az dörd qol vurmaq fikrindəyəm. Hədəfim budur”.
Bu gün 29 yaşını qeyd edən Medina azarkeşlərə xoş mesajlara görə təşəkkürünü bildirib: “Doğum günümlə bağlı azarkeşlərimizdən çoxsaylı xoş mesajlar alıram. Onların hər birinə təşəkkür edirəm. Azarkeşlərimizin dəstəyini hər zaman hiss edirik. Çalışacağıq ki, mövsümün sonunda onları sevindirək. Hazırda çempionatda 1-ci pillədəyik və mövqeyimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq”.
Medinanın qoluna videonun 3:55-ci dəqiqəsindən baxa bilərsiniz.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi