Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke 2” səfərdə “Ştralen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət də oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. Dadaşov 90+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, “Şalke 2” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"