Millimizin oyunu neytral meydanda

Millimizin oyunu neytral meydanda
ÖLKƏ FUTBOLU 3 Mart 2022 / 17:16 3950
-  A +

Azərbaycan yığması Millətlər Liqasının seçmə mərhələsində Belarusla səfər oyununu neytral meydanda keçirəcək. 

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qurumun İntizam Komitəsinin qəbul etdiyi qərara görə,  Belarus millisi və digər komandaları UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə  ev oyunlarını neytral meydanlarda keçirmələri olacaqlar. Həmçinin Belarus komandalarının ev sahibliyi edəcəyi matçlar tamaşaçısız oynanılacaq.

Qeyd edək ki, Azərbaycan yığması sözügedən turnirdə C Liqasının 3-cü qrupunda Belarus, Slovakiya, Qazaxıstan/Moldova ilə mübarizə aparacaq. Komandamız Belarusla səfər görüşünü iyunun 6-sı keçirəcək. Cavab oyunu isə iyunun 13-ü Bakıda olacaq. 


Son xəbərlər
topaz banner