“Sabah”ın baş məşqçisi Murad Musayevin sabiq klubu “Krasnodar”a (Rusiya) qayıdacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Qol.az saytına açıqlamasında Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. O, “Sabah”da 38 yaşlı mütəxəssisin “Krasnodar”ı çalışdıracağı ilə bağlı heç bir məsələnin müzakirə olunmadığını deyib:
“Krasnodar”da daha öncə baş məşqçi istefası gerçəkləşəndə də oxşar xəbərlər yayılmışdı. Murad Musayevin uzun müddət “Krasnodar”ın akademiyasında və əsas komandasında çalışmasını və müəyyən uğurlar qazanmasını nəzərə alsaq, hər dəfə bu klubda baş məşqçi ayrılığı yaşananda Rusiya mətbuatının bu cür iddia ilə çıxış etməsi başadüşüləndir. Ancaq klub daxilində belə bir məsələ müzakirə edilməyib”.
E.Həmidov M.Musayevin Krasnodara şəxsi işləri ilə əlaqədar getdiyini və onun hazırda geri qayıtdığını söyləyib.
Qeyd edək ki, Murad Musayev 2018-2021-ci illərdə də “Krasnodar”ı çalışdırıb. O, müxtəlif zamanlarda klubun futbol akademiyasında da işləyib. Mütəxəssis ötən ildən “Sabah”a baş məşqçilik edir.
Xatırladaq ki, “Krasnodar”ın baş məşqçisi Daniel Farke ötən gün klubdan ayrılıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi