"Keşlə” klubunun adı rəsmən dəyişdirilib.
Bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.
O bildirib ki, “Keşlə” artıq “Şamaxı” adını daşıyır: “Klub hüquqi cəhətdən adını dəyişib, Ədliyyə Nazirliyindən qeydiyyatdan da keçib”.
Klubun Premyer Liqada nə vaxtdan “Şamaxı” adı altında çıxış edəcəyi ilə bağlı sualımızı isə mətbuat xidmətindən bu cur cavablandırıblar: “Bəli, klubun adı artıq “Şamaxı”dır. Sadəcə, proseslərin yekunlaşması üçün sənədləşməni gözləyirik. Çempionatda yeni ad altında çıxış etməklə bağlı Peşəkar Futbol Liqasına müraciət etmişik, sənədləşmə işi gedir. Yəqin ki, yaxın vaxtlarda hər iki tərəfdən rəsmən elan olunacaq”.
Qeyd edək ki, komanda növbəti oyununu martın 6-da Premyer Liqanın XVIII turu çərçivəsində “Sabah”a qarşı keçirəcək (apasport.az).
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"