Namik "Bursaspor"un lideridir

Namik "Bursaspor"un lideridir
ÖLKƏ FUTBOLU 1 Mart 2022 / 17:47 5754
-  A +

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov çıxış etdiyi "Bursaspor"da meydanda çox oyun keçirməsi ilə fərqlənib. 

Qol.az xəbər verir ki, bu barədə olay.com.tr saytı məlumat yayıb. Namik "Bursaspor"un heyətində ən çox meydanda olan futbolçudur. O, indiyədək "timsahlar"ın heyətində ümumilikdə 1 722 dəqiqə oynayıb.

İkinci sırada 1 484 dəqiqə ilə xorvatiyalı müdafiəçi Luka Tsapan qərarlaşıb. İlk "3-lüy"ü belçikalı yarımmüdafiəçi Massimo Bruno (1 450) tamamlayır. 1 245 dəqiqə meydanda olan argentinalı orta xətt oyunçusu Nikolas Salasar isə dördüncüdür.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2+1 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner