“Qarabağ"la evdə də oynasan, səfərdə də üz-üzə gəlsən çətindir. Heyətində usta futbolçular var. Rəqibin bütün oyunçuları orada olmağa layiqdir”.
Qol.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə “Qarabağ”la 0:0 hesabı ilə heç-heçə etdikləri oyundan sonra deyib.
Oyunsonrası mətbuat konfransında təəssüratlarını bölüşən mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Məni narahat edən ardıcıl məğlubiyyətlər idi ki, komandada ruh düşkünlüyü olmasından qorxurduq. Bunun üzərində çox çalışdıq. Futbolçulara mütəmadi xatırlatdıq ki, oyunumuzda aqressivlik, istək lazımdır. Oyundan-oyuna daha yaxşı olmaq üçün neqativ halları beynimizdən atmalı idik. Başa düşürük ki, “Qarabağ” çox güclü komandadır. Buna rəğmən oyunçularımız ilk dəqiqədən sona kimi meydanda məsuliyyətli oldular. Onların xarakter göstərməsini, döyüşməsini istəyirəm. Bu gün bunları meydanda gördüm. Qol imkanlarımız da oldu, yararlana bilmədik. Önəmlisi odur ki, həftəboyu çalışmalarımıza uyğun olaraq, futbolçularımız meydanda əzmkarlıq nümayiş etdirdilər”.
- Özünüz də hücumçu olmusunuz. “Keşlə”nin hücumçulardan çəkdiyi nədir?
- Bu gün də futbolçulara bildirdim ki, qol vurmalıyıq, hücum planında artırmalıyıq, daha yaradıcı olmalıyıq. Bəlkə də, oyunda daha stressli oluruq. Deməzdim ki, bu gün zəif çıxış etdilər. Hücum planında gözə çarpan epizodlar var idi, ancaq sonluğu gətirə bilmədik. Şansları heç cür qola çevirə bilmirik. Bunun oyunçularda stress yaratmasını istəmirəm. Bu üzdən də onlara başqa tərzdə çatdıracağam. Çalışacağıq ki, əlimizə düşən imkanları artıq qola çevirək.
- Ancaq Natan Oduva bu gün, bəlkə də, sizi 2 xaldan məhrum etdi...
- Bilirsiz, Oduva çox uzun müddət oynamayıb. İl yarım futbolsuz qalan insandır. Amma onun potensialına inanıb komandamıza dəvət etmişik. Natan daha yaxşı olmaq üçün məşqlərdə də səy göstərir, üzərində çalışır. Qol imkanlarından yararlana bilməməsi təsadüf deyil. Çünki oyun praktikasından əziyyət çəkir. Bizim elə geniş heyətimiz də yoxdur. İmkan olsa, Natanı yavaş-yavaş oyuna buraxarıq. Mənə elə gəlir ki, qollar vuracaq.
- Oyundan sonra müdafiəçiniz Şəhriyar Əliyevlə xüsusi görüşdünüz. Bununla barışığın əldə edildiyini demək olar?
- Şəhriyardan hər zaman çox şey gözləmişəm. Bu gün oyunöncəsi tapşırdım ki, lider kimi meydançada sırf sən danışacaqsan. Bu məni çox sevindirdi. Ona bəzi tapşırıqlar vermişdim, öhdəsindən də gəldi. Həm oyun baxımından yaxşı idi, həm də meydanda əsl kapitan kimi ağırlığını ortaya qoya bildi. Buna görə də təbrik elədim.(apasport.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı