"Qısaca deyim, ilk hissədəki bərbad oyunumuz böyük ölçüdə matçın nəticəsini müəyyənləşdirdi. Komandamın belə oyununa izah tapmaq çətindir".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 17-ci turunda bu gün evdə "Qəbələ"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
- Qollar əsasən müdafiə xəttinin diqqətsizliyindən sonra buraxıldı. Gələcək oyunlar üçün müdafiə xəttində dəyişiklik etməyi düşünürsüz?
- Belə deyim var ki, gələn oyuna kimi hələ sağ çıxaq. Bu arada öz üzərimizdə işləyəcəyik. Belə qolların buraxılması müdafiə xəttində problemlərin olmasından xəbər verir. Təbii ki, müəyyən dəyişikliklər baş verə bilər.
- BATE-də Camaləddin Xocaniyazovla çalışmısız. Halbuki o həmin vaxtı Borisov klubunda oynamaq üçün çox da şans tapmamışdı. Bugünkü matçda isə komanda onun səhvindən 2 qol buraxdı. Ümumiyyətlə, Xocaniyazov haqda nə düşünürsüz?
- BATE-də oynayarkən komandaya son toplanışda qoşulmuşdu. Ona görə də heyətə düşməkdə müəyyən qədər çətinlik çəkirdi. Bugünkü məğlubiyyətə gəldikdə, hansısa futbolçunu mənfi xüsusiyyətilə fərqləndirmək istəməzdim. Çünki uduzanda hamı uduzur. İlk növbədə isə günahı, səhvi özümdə görməyə çalışıram. (sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi