"Meydanda gərgin mübarizə gedirdi, hər iki komandanın qələbə qazanmaq şansı var idi”.
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis ardıcıl 3 matçda eyni ssenari ilə üzləşdikləri üçün təəssüfləndiyini bildirib: "Birinci hissəni yaxşı keçiririk, ikinci yarının əvvəlində rəqibin ilk hücumunda qol buraxırıq. Buraxdığımız toplar çox sadə, asan qollar olur. Yenidən oyuna dönə bilmədik. Yaxşı imkanlarımız oldu. Məyusedicidir ki, rəqibin yalnız bir təhlükəli anı oldu".
Rusiyalı baş məşqçi son üç görüşdəki məğlubiyyətin səbəbini də açıqlayıb: “Üç oyunda uduzmuşuq. Baş verənlərlə bağlı məmnun ola bilmərəm. Ona görə də, belə çıxır ki, istədiyim komandanı hələ formalaşdıra bilməmişəm. Bu görüşlərin ikinci hissəsində qol buraxaraq uduzmağımızın səbəbi yəqin ki, başımızdadır. Birinci hissəni yaxşı oynayıb, ikinci hissədə konsentrasiyanı itirmək müəyyən mənada başla bağlıdır. Bu problem bizi son üç görüşdə qələbədən məhrum edir”.
Musayev avrokuboka vəsiqə şanslarının az və tükənmək üzrə olduğunu vurğulayıb: "Hər oyunçu itkisi bizim üçün çətindir. Kristian Sebalyosun 4 aylıq sıradan çıxması, Xulio Sezar Rodrigesin, Xuan Kamaranın yoxluğu hücumda kəsərliliyimizin az olmasına səbəb olur. Zədəli futbolçularımızın növbəti turda da iştirakı çətin görünür”.(report.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi